Bumeranq.org fərqli istək sahibləri və onlara dəstək verə biləcək insanları bir araya toplayan online platformadır. Bu platform ölkəmiz üçün nəzərdə tutulmuşdur və Azərbaycanın istənilən yerindən istifadə oluna bilər. Əsas olaraq 2 bölmədən ibarət olan saytın istifadə qaydaları aşağıdakı kimidir:

İstək əlavə et: Bu bölümdə yaşadığınız yerdə sizə lazım olan bir ehtiyacı daxil edirsiniz. Sizdən istəyiniz barədə ətraflı və düzgün məlumat yerləşdirməyiniz (əlaqə məlumatları, düzgün şəkil, dəqiq ünvan, və s.) xahiş olunur. İstək əlavə etmək üçün Bumeranq.org'a üzv olmağınız kifayətdir. Əlavə etdiyiniz istək moderasiyadan keçdikdən sonra xəritədə və istəklər bölməsində hamıya açıq şəkildə görünəcək. Bundan sonra sizə kimsə dəstək verərsə həmin dəstəkçinin qısa məlumatları və dəstək açıqlaması sizə bildiriş şəklində görünəcək və yalnız siz qəbul etdikdən sonra sizin şəxsi məlumatlarınız (Ad, telefon və s.) həmin dəstəkçiyə göndəriləcək. Bu barədə Bumeranq.org portalı sizin şəxsi informasiyalarınızın 3-cü bir şəxs tərəfindən görülməyəcəyinə zəmanət verir.

Dəstək əlavə et: Bu bölümdə fərd və yaxud təşkilat olaraq dəstək yerləşdirilməsi mümkündür. Qaydalar istək əlavə et bölməsində olduğu kimi qalır. Dəstək yerləşdirilib moderasiyadan keçdikdən sonra dəstəyə ehtiyacı olan fərd yaxud təşkilat Bumeranq.org'a üzv olduqdan sonra yerləşdirilən dəstəyə müraciət göndərə bilər. Gizlilik prinsipi eyni olaraq qalır və sizin informasiyalarınız siz qəbul etmədiyiniz müddətdə digər bir fərd yaxud təşkilata ötürülmür.

Komandamız


team image

Lalə Məmmədova

BDU - Komputer elmləri

lale.m@code.edu.az

team image

Fərid Babayev

AzTU - Komputer elmləri

farid.b@code.edu.az

team image

Murad Mikayılzadə

T.Hacıyev adına #252 tam orta məktəb, lisey

m.murad@code.edu.az

team image

Naseh Bədəlov

QU - Sənaye mühəndisliyi

nasehbadalov@gmail.com

team image

Günel İsmayılova

ADNSU - Komputer mühəndisliyi

gunel.i@code.edu.az